Türkiyəli aktrisa Ayça Ayşin Turan Cerebral Palsy Türkiyə uşaqları ilə görüşərək sosial məsuliyyət ziyarəti həyata keçirib.
Dergi.az xəbər verir ki, Ayça Ayşin Turan Türkiyə Spastik Çocuklar Vəqfini ziyarət edib. Vəqfin kampusunda böyük coşqu və sevgi ilə qarşılanan aktrisa, uşaqlarla birbaşa maraqlanıb və onların inkişaf proseslərini izləyib.
Ziyarət zamanı Turan uşaqlarla birlikdə Cerebral Palsy fərqindəliyinin simvolu olan yaşıl fərqindəlik lentlərini hazırlayıb. Uşaqlar aktrisa ilə foto çəkdirmək üçün sıraya düzülüblər.
Ayça Ayşin Turanın bu ziyarəti həm pərəstişkarlarından, həm də vətəndaş cəmiyyətindən böyük rəğbət qazanıb.
