Türkiyəli müğənni Ajda Pekkan üç küçüyü övladlığa götürərək onlara yuva olub.

Dergi.az xəbər verir ki, Ajda Pekkan sosial media hesabında paylaşım edərək bu addımını izləyiciləri ilə bölüşüb. O, küçüklərin yeni evlərində xoşbəxt olduqlarını bildirib.

Müğənni heyvanlara olan sevgisi ilə tanınır və bu hərəkəti ilə yenidən diqqət mərkəzinə düşüb.

Ajda Pekkanın bu addımı izləyiciləri tərəfindən böyük rəğbətlə qarşılanıb.