Türkiyəli aktrisa Çiğdem Baturun Sultanahmet məscidinə ziyarəti zamanı etdiyi sosial media paylaşımı böyük müzakirələrə səbəb olub.

Dergi.az xəbər verir ki, Baturun paylaşımında istifadə etdiyi ifadələr vətəndaşların narazılığına səbəb olub və aktrisa, aparıcı Derya Taşbaşı da həmkarına sərt sözlərlə reaksiya verib.

Bildirilir ki, Çiğdem Baturun paylaşımı zamanı məscidə qarşı hörmətsizlik etdiyi iddia olunub və bu, ictimaiyyət arasında tənqidlərə yol açıb.

Aktrisanın bu paylaşımı sosial mediada geniş müzakirə mövzusuna çevrilib.