Məşhur türk müğənnisi İrem Derici, qardaşı Cemre Dericinin doğum gününü sosial media hesabında paylaşdığı əyləncəli mesajla təbrik edib.
Dergi.az xəbər verir ki, İrem Derici uşaqlıq illərindəki unudulmaz anılarını bölüşərək, “Yaxşı ki, mən sənin gözünü göyərtdim, sən də yeni idman ayaqqabının gücünü sınayaraq burnumu sındırdın” sözlərini qeyd edib.
Müğənni, qardaşının yeni yaşını qeyd edərkən uşaqlıq dövrlərində yaşadıqları əyləncəli anıları da izləyiciləri ilə paylaşıb. İrem qardaşına “Yaxşı ki, sən doğuldun… Yaxşı ki, mən sənin tasolarını pəncərədən atdım, yaxşı ki, sən də mənim ən sevdiyim CD-ləri Topağacı pilləkənlərinə atdın” deyə müraciət edib.
İrem Derici, qardaşı ilə aralarındakı uşaqlıq davalarını da zarafatla dilə gətirərək, onu çox sevdiyini və hər zaman onu sevməsini istədiyini bildirib.
