Türkiyəli məşhur türkü ifaçısı və aktyor Yavuz Bingöl safra kisəsindəki narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.

Dergi.az xəbər verir ki, 62 yaşlı sənətçi Başkent Universiteti İstanbul Xəstəxanasında müalicə altına alınıb. Onun sağlamlıq vəziyyətinin stabil olduğu və edilən müayinələrdən sonra iki gün sonra əməliyyat olunacağı bildirilib.

Yavuz Bingöl iyul ayında da bənzər bir sağlamlıq problemi yaşamış və Malatyada konsertini ləğv etmək məcburiyyətində qalmışdı. O zaman verdiyi açıqlamalarda vəziyyətinin ciddi olmadığını və safra kisəsini əməliyyatla aldırmağı planlaşdırdığını bildirmişdi.

Hazırda xəstəxanada həkimlərin nəzarətində olan Yavuz Bingölün iki gün sonra uğurlu bir əməliyyatla sağlığına qovuşacağı gözlənilir.