Türkiyəli müğənni və aktyor Özcan Deniz gənclik illərində Almaniyada keçirdiyi bir axşamın həyatını necə dəyişdirdiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Özcan Deniz həmin axşam yaşadığı bir hadisənin onu məşhurluğa aparan yolun başlanğıcı olduğunu bildirib. O, papağanla bağlı maraqlı bir detalın karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.

Özcan Deniz, “Dön Desem”, “Derin Duygular”, “Bir Dudaktan” və “Nasip Değilmiş” kimi mahnıları ilə tanınır və ekranların sevilən simalarından biridir.

Müğənni və aktyor həmin hadisəni xatırlayaraq, bu günə qədər gəldiyi yolda həmin axşamın təsirini unutmadığını qeyd edib.