Amerikalı aktrisa və müğənni Cennifer Lopez dörd dəfə boşandığını açıqlayıb.

Dergi.az xəbər verir ki, aktrisa bu barədə Nyu-Yorkda keçirilən “The JLO Show: Live in Las Vegas” konsert filminin xüsusi nümayişi zamanı danışıb. O, dörd boşanmasını “hekayəsinin böyük bir hissəsi” adlandırıb.

Tədbir zamanı bir tamaşaçı “Sizin daha altı barmağınız var” deyərək zarafat edib. Lopez bu zarafata gülərək “Bəli, var!” deyə cavab verib və “Bu, həyatımda eşitdiyim ən gülməli şeydir” ifadəsini işlədib.

Lopez, daha əvvəl Ojani Noa, Kris Cudd, Mark Entoni və Ben Afflek ilə evli olub. Onun Mark Entoni ilə olan evliliyindən Maks və Emme adlı əkizləri var.

Bu ilin əvvəlində “Good Morning America” proqramında Ben Afflekdən boşanması ilə bağlı danışan Lopez, bir il fasilə verdiyini və bu müddət ərzində özünü tanımağa çalışdığını bildirib.

SOSİAL MEDİA MƏZMUNU