Amerikalı aktyor Ben Afflek keçmiş həyat yoldaşı Cennifer Lopezin karyerası haqqında fikirlərini bölüşüb.
Dergi.az xəbər verir ki, Afflek, Lopezin ən çalışqan insan olduğunu və onun uğurlarını yüksək qiymətləndirdiyini deyib. Aktyor, Lopezin qeyri-mümkün hesab edilən nailiyyətlərə imza atdığını vurğulayıb.
Qeyd edək ki, Ben Afflek və Cennifer Lopez 2002-ci ildə münasibətə başlayıblar, lakin toylarına üç gün qalmış ayrılıblar. 20 il sonra, 2022-ci ilin iyul ayında Las-Veqasda gizli mərasimlə evləniblər. Lakin 2024-cü ilin avqustunda Lopez boşanma ərizəsi verib.
Boşanmadan sonra Ben Afflek Cennifer Lopezə 60 milyon dollarlıq evi təhvil verib. Lopez hazırda karyerasına və Mark Entoni ilə olan əkizlərinin tərbiyəsinə diqqət yetirir.
