Amerikalı müğənni və aktrisa Cennifer Lopez “Kiss of the Spider Woman” filmi üçün daha böyük marketinq büdcəsinin olmamasından şikayətlənib.
Dergi.az xəbər verir ki, Lopez “New York Times’ Popcast” podkastında çıxış edərək 2025-ci ildə kassada uğursuzluqla üzləşən filminin studiyalar tərəfindən kifayət qədər dəstəklənmədiyini bildirib.
Film Con Kander və Fred Ebbin eyni adlı 1993-cü il Toni mükafatlı musiqisinə əsaslanırdı. Lionsgate, Roadside Attractions və LD Entertainment tərəfindən çəkilən ekran adaptasiyası 30 milyon dollar xərclənsə də, yalnız 1.8 milyon dollar gəlir gətirib.
Lopez podkastda “Kiss of the Spider Woman” üçün daha böyük marketinq büdcəsi istədiyini və layihəyə başladığında daha yüksək ümidlərinin olduğunu vurğulayıb.
TheWrap-ın tənqidçisi Çeys Hatçinson filmin kostyumlarını və prodüksiyasını tərifləsə də, onun “səthdə qaldığını” qeyd edib.
