Türkiyənin populyar televiziya proqramı “Güldür Güldür Show” 453-cü bölümü ilə tamaşaçılarla görüşəcək.

Dergi.az xəbər verir ki, proqram bu həftə idman dünyasının tanınmış simalarını özəl bölümü ilə ekrana gətirəcək. Bu bölümə türkiyəli tennisçi Çağla Büyükakçay, milli voleybolçular Simge Aköz, Elif Şahin, Ezel Balık və başqaları qatılacaq.

Bundan əlavə, kick boksçu Mücahit Kulak, pilates üzrə məşhur Ebru Şallı, ritmik gimnastikaçılar İrem və Gizem Naz Aydoğan, milli atıcı Yusuf Dikeç, gimnastlar İbrahim Çolak və Ahmet Önder, futbolçu Ezgi Çağlar da iştirak edəcək.

Proqramın moderatoru Ali Sunal olacaq və komediya aktyorları Onur Buldu, Doğa Rutkay, Uğur Bilgin və digərləri səhnədə yer alacaq.

“Güldür Güldür Show” idman dünyasının ulduzları ilə 20:00-da SHOW TV-də yayımlanacaq.