Tanınmış model və aparıcı Ebru Şallı, altı il əvvəl itirdiyi oğlu Parsın xatirəsini yaddaşında yaşatmağa davam edir. Harun Tan ilə evliliyindən dünyaya gələn və doqquz yaşında lenfoma xəstəliyi səbəbilə həyatını itirən Parsın doğum günü, Şallı üçün yenidən kədərli anlara səbəb oldu.
Dergi.az xəbər verir ki, Ebru Şallı, oğlunun xüsusi gününü sosial media hesabında etdiyi duyğusal paylaşımı ilə yad etdi. Oğluna olan həsrətini və sevgisini bir daha ifadə edən məşhur, izləyiciləri ilə bu özəl günü paylaşdı.
Şallının bu paylaşımı, izləyiciləri tərəfindən böyük dəstək və anlayışla qarşılandı. Ona yazılan çoxsaylı mesajlar, Ebru Şallının acısını paylaşan insanlar olduğunu göstərdi.
