Türkiyəli model və aparıcı Ebru Şallı NTV-də yayımlanan “Empati” proqramında oğlu Parsın xəstəlik dövrünü və yaşadığı çətinlikləri ilk dəfə açıq şəkildə bölüşüb.
Dergi.az xəbər verir ki, Ebru Şallı 9 yaşında lenfoma xəstəliyindən dünyasını dəyişən oğlu Parsın kemik iliyi nəqli müddətini və xəstəxanada yaşadıqlarını izah edib. Şallı, xüsusi bir doku qrupunun onun və Parsın həyatında necə möcüzə yaratdığını vurğulayıb.
Ebru Şallı oğlunun itkisi ilə bağlı duyğularını paylaşaraq, Allahın Parsı acı çəkməkdən qurtardığına inandığını və buna şükür etdiyini bildirib. O, oğlunun daha uzun müddət əzab çəkməsinin onun üçün daha böyük bir ağrı olacağını qeyd edib.
Şallı, evlilik mövzusunda inamının sarsıldığını və yalnızlığa alışdığını da açıqlayıb. O, artıq evliliyi düşünmədiyini və yalnızlığı sevdiyini ifadə edib.
Gənclərə və rəqəmsal məzmun istehsalçılarına da mesaj verən Ebru Şallı, gözəlliyə güvənməmək və istehsal yönümlü olmaq çağırışında bulunub.
