İngiltərəli keçmiş futbolçu Devid Bekhem qızı Harper ilə okean sahilində çəkilmiş fotosunu sosial mediada paylaşıb.

Dergi.az xəbər verir ki, 51 yaşlı Bekhem paylaşımında “Atamla səyahət” başlığını yazıb. Fotoda Harper atasını yanağından öpür.

Viktoriya Bekhem də şərhlərdə bir neçə ürək emojisi ilə diqqət çəkib.

Harper, Viktoriya və Devid Bekhemin dörd övladından biridir. Onların həmçinin üç oğlu var: Bruklin, Romeo və Kruz.