Türkiyəli məşhur Didem Belen nişanlısı ilə münasibətində xəyanət iddiası ilə gündəmə gəlib.
Dergi.az xəbər verir ki, Didem Belen sosial media hesabında son bir ildir birlikdə olduğu şəxsin xəyanət etdiyini bildirib. O, nişanlısının daha əvvəl də oxşar xəbərlərlə gündəmə gəldiyini qeyd edib.
Belen paylaşımında “Huylu huyundan vaz keçmir” ifadəsini işlədərək, nişanlısının başqa bir qadınla əlaqəsini davam etdirdiyini açıqlayıb. O, bu münasibətdən daha çox zərər görmədiyi üçün Allaha şükür etdiyini vurğulayıb.
Didem Belen münasibətinin sonlanması ilə bağlı daha ətraflı məlumat verməyib.
