Türkiyəli aktrisa Almila Ada ilk dəfə ana olmağa hazırlaşır və qız övladı gözlədiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, aktrisa sosial media hesabında “Küçük mucizemiz geliyor” paylaşımı ilə hamilə olduğunu elan etdikdən sonra, indi də “Enerji yalan söylemez, o bir kız!” qeydiylə qız övladı gözlədiyini izləyicilərinə bildirib.

Almila Ada və iş adamı İhsan Çilsal 2025-ci ildə evləniblər və aktrisa artıq ilk övladını qucağına almaq üçün gün sayır.

Aktrisanın bu xəbəri sosial mediada izləyiciləri tərəfindən maraqla qarşılanıb.