Türkiyəli müğənni Demet Akalın Hülya Avşarın mirasla bağlı açıqlamalarına cavab verib.

Dergi.az xəbər verir ki, Hülya Avşar var-dövlət sahiblərinin miraslarını həyatda ikən planlamalı olduğunu bildirib. Bu açıqlama Demet Akalının diqqətini çəkib və o, “Nə saçma bir düşüncə!” deyə reaksiya verib.

Hülya Avşar konsert öncəsi jurnalistlərlə görüşündə miras məsələsi ilə bağlı fikirlərini bölüşüb. O, ciddi var-dövlət sahiblərinin miras məsələsini son ana saxlamamalı olduğunu vurğulayıb.

Avşar mirasın ədalətli şəkildə bölüşdürülməsinin vacibliyini qeyd edib və bunun ailədaxili münaqişələrin qarşısını ala biləcəyini bildirib.

Demet Akalın isə Avşarın fikirlərinə “Yaşarken istersem veririm!” deyə cavab verib və bu məsələ ilə bağlı fərqli düşündüklərini açıq şəkildə göstərib.