Rusiyalı model və aparıcı Svetlana Bondarçuk oğulları ilə birgə foto paylaşıb.
Dergi.az xəbər verir ki, Bondarçuk 34 yaşlı Sergey və 3 yaşlı Pyotr ilə birlikdə çəkdirdiyi şəkilləri sosial media hesabında yayımlayıb. O, “Seryoja və Petya, siz ən yaxşı oğullarsınız. Sizin ananız olmaqdan xoşbəxtəm və məni seçdiyiniz üçün təşəkkür edirəm” sözlərini yazıb.
Svetlana, rejissor Fyodor Bondarçuk ilə 1991-2016-cı illərdə evli olub və bu evlilikdən iki övladı, Sergey və Varvara dünyaya gəlib. Varvaraya erkən yaşda serebral iflic diaqnozu qoyulub və hazırda 27 yaşındadır.
Sergey atasının izindən gedərək kino sahəsində fəaliyyət göstərir. Bondarçuk isə 2019-cu ildə həyat yoldaşı ilə boşanıb. Daha sonra Svetlana iş adamı Sergey Xarçenko ilə ailə qurub və surroqat ana vasitəsilə oğlu Pyotr dünyaya gəlib.
Fyodor Bondarçuk isə Svetlanadan ayrıldıqdan sonra aktrisa Paulina Andreyeva ilə evlənib, lakin bu il boşanıb.
