Moskvalı məşhurlar Ksenya Sobçak, Ya Rudkovskaya, Svetlana Bondarçuk və Natalya Davıdova Walk of Shame brendinin yeni kolleksiyasının təqdimatında iştirak ediblər.

Dergi.az xəbər verir ki, “Keçmiş Məsumiyyətimə And İçirəm” adlı nümayiş Romeo və Cülyetta ekranizasiyalarından ilham alıb və nağılvari atmosferdə keçirilib. Tədbirin əvvəlində Malbek və Mirele musiqiçiləri çıxış ediblər.

Podiumda konsept mağaza KM20-nin təsisçisi Olqa Karput və Planta Rosa brendinin həmtəsisçisi Yevgeniya Pavlin də yer alıb.

Əvvəllər Olqa Karput və onun 19 yaşlı qızı Sonya Walk of Shame brendi üçün çəkilişlərdə iştirak ediblər.