Rusiyalı jurnalist Ksenya Sobçak Paris Moda Həftəsində fərqli görüntüsü ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Sobçak məşhur dizayner Blaqanın Métiers d’Art kolleksiyasından qırmızı jakard kostyumunu seçib. Onun qara saçaqlı dizaynı obrazına xüsusi dinamika qatıb.
Sobçak bu obrazını qızılı boyunbağı, Parisdən aldığı ağ çəkmələr və zəncirli quş yumurtası formalı mikro-çanta ilə tamamlayıb.
Jurnalist sosial media hesabında moda ilə bağlı bəzi maraqlı məqamları da izləyiciləri ilə bölüşüb.
