Rusiyalı aktrisa Yuliya Snigir qırmızı xalçada iki fərqli geyimlə çıxış edib və hər iki geyim stilistin qarışıq fikirlərinə səbəb olub.

Dergi.az xəbər verir ki, stilist Anna Snigirinin gümüşü-mavi rəngli, mürəkkəb arxitekturalı və kaskad volanlı paltarını gözəl hesab etsə də, aktrisanın təbii dramatiqlik xüsusiyyətləri ilə uyğunlaşmadığını bildirib. Stilist qeyd edib ki, “paltar sahibindən ayrı mövcuddur”.

Yuliya Snigir üçün daha uyğun olan qotik qara geyim isə şəffaf üst, fakturalı ətək və baş bəzəyi ilə tamamlanıb. Lakin stilist bu geyimdə də bir detalın ümumi təəssüratı pozduğunu vurğulayıb.

Stilistə görə, korsetin burada tamamilə artıq olduğunu, proporsiyaları pozduğunu və Yuliya Snigirinin təbii siluet xəttini sındırdığını bildirib. O, korseti çıxarmağı və üst ilə ətək arasında daha hamar keçid yaratmağı tövsiyə edib.