Türkiyəli aktyor Murat Yıldırım həyat yoldaşı İman Elbaninin 44-cü doğum gününü sosial media hesabında paylaşdığı romantik şəkillər və duyğusal mesajla təbrik edib.
Dergi.az xəbər verir ki, Murat Yıldırım paylaşımında həyat yoldaşı ilə keçirdiyi vaxtın dəyərini bildiyini vurğulayıb və “İyi ki doğdun sevgilim…” sözlərini qeyd edib.
Aktyorun bu paylaşımı sosial mediada böyük maraqla qarşılanıb və çox sayda bəyənmə toplayıb. Eyni zamanda, sənət dünyasından bir çox məşhur şəxs də Yıldırıma təbrik və xoş arzularını çatdırıb.
2016-cı ildə evlənən cütlük, 2022-ci ilin oktyabrında ilk qızları Mirayı, bu ilin əvvəlində isə oğulları Keremi qarşılayaraq ikinci dəfə valideyn olmanın sevincini yaşayıb.
