Amerikalı aktyor Tom Skerritt 93 yaşında vəfat edib. Aktyor “Picket Fences” serialı, “Alien” və “Top Gun” filmləri ilə tanınırdı.
Dergi.az xəbər verir ki, Tom Skerritt oktyabrın 21-də dünyasını dəyişib. Bu barədə ailəsi bir sıra media orqanlarına açıqlama verib.
Açıqlamada “Onun itkisi bizi dərindən sarsıdıb” deyə qeyd olunub.
Tom Skerritt “Picket Fences” serialında “şerif Cimmi Brok” obrazını canlandırdığına görə “Emmi” mükafatına layiq görülüb. Aktyorun zəngin film karyerasına “MAS*H” filmində “kapitan Dyuk Forrest”, “Alien” filmində “kapitan Dallas”, “Top Gun” filmində “Mayk “Vayper” Metkalf”, “Steel Magnolias” filmində “Dram İton” və “A River Runs Through It” filmində “keşiş Con Maklin” rolları daxildir.
