Türkiyəli müğənni Betül Demir 6 dekabrda keçiriləcək 20 illik karyera konsertinə hazırlaşdığını bildirib.
Dergi.az xəbər verir ki, müğənni konsertində dinləyiciləri üçün sürprizlər hazırladığını deyib. O, 20 illik karyerası boyunca heç kimin köməyinə ehtiyac duymadan, yalnız musiqisinə fokuslanaraq böyük uğurlar əldə etdiyini qeyd edib.
Betül Demir karyerası ərzində özündə dəyişikliklər yaşandığını və daha esnek olduğunu vurğulayıb. O, yeniliklərə açıq olduğunu və bu dəyişikliklərin ona müsbət təsir etdiyini bildirib.
Müğənni yeni layihələri barədə də məlumat verib. Mavi Gri qrupu ilə birgə layihə, Saki Çimen ilə duet və DJ Yalçın Aşan ilə remix işləri planlaşdırdığını açıqlayıb.
“Retro 2” albümünü hazırladığını və bu albümdə sürpriz mahnıların yer alacağını deyib. Betül Demir, yeni mahnıların tez istehlak edildiyini, lakin uzun müddət dinlənə biləcək əsərlər yaratmağı hədəflədiyini vurğulayıb.
