Rusiyalı aktyor Anton Lapenko baş rolda olduğu “Yeddinci oyunçu” serialı ABŞ-ın “Ted Lasso” layihəsindən plagiat olmaqda ittiham edilib.

Dergi.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri serialın 90 faizinin “Ted Lasso”dan götürüldüyünü iddia ediblər. İstifadəçilər serialın “Ted Lasso” və “Molodyojka” seriallarının hibridi olduğunu qeyd ediblər.

“Yeddinci oyunçu” serialının süjeti fiquristdən hokkey klubunun idman direktoru olan bir şəxsin ətrafında cərəyan edir. Serialın rejissoru Sergey Pikalov, baş rollarda Anton Lapenko, Qriqori Vernik və Nikolay Fomenko yer alıb.

“Ted Lasso” isə amerikalı futbol məşqçisinin Britaniya futbol komandasının başına keçməsini əks etdirir. Serialda baş rolu Ceyson Sudeikis ifa edib və layihə çoxsaylı mükafatlara layiq görülüb.