Amerikalı aktyor Ceyson Sudeykis “Ted Lasso” serialının pərdəarxası gərginliklər barədə yayılan iddialara cavab verib.

Dergi.az xəbər verir ki, Sudeykis və keçmiş şourunner Bill Lawrence arasında artan gərginliklər barədə xəbərlər yayılıb. Lakin Sudeykis bu iddiaları təkzib edərək, aralarında heç bir qışqırma və ya münaqişə olmadığını bildirib.

Aktyor, Lawrence ilə iş münasibətlərinin hər zaman yaxşı olduğunu və onun serialın üçüncü mövsümündə də iştirak etməsini arzuladığını vurğulayıb. Lawrence isə “Ted Lasso”dan uzaqlaşmasının yaradıcı qərar olduğunu qeyd edib.

Digər tərəfdən, “Ted Lasso”nun dördüncü mövsümündə şourunner olan Cek Burditt, Lawrence-in Sudeykis ilə işləmək barədə ona xəbərdarlıq etdiyini açıqlayıb. Buna baxmayaraq, Burditt Sudeykis ilə iş təcrübəsini müsbət qiymətləndirib.