Amerikalı model Heyli Biber iki yaşlı oğlu Cek Bluzun musiqi alətində ifa etdiyi anları sosial mediada paylaşıb.
Dergi.az xəbər verir ki, Heyli Biber şəxsi bloqunda oğlunun klavişlərə basdığı görüntüləri yayımlayıb. O, məşhur pop ulduz Castin Biberlə evlidir və tez-tez oğulları ilə çəkilən şəkilləri sosial mediada paylaşırlar.
Castin və Heyli Biber avqust ayında Cek Bluzun doğum gününü yaxınları və dostları ilə qeyd ediblər. Sentyabr ayında isə cütlük evliliklərinin səkkizinci ildönümünü qeyd edib.
Qeyd edək ki, Castin Biber müasir dövrün ən məşhur sənətçilərindən biridir, Heyli isə tanınmış Hollivud dinastiyasına mənsubdur. Onlar 2015-ci ildə münasibətə başlayıb və üç il sonra evləniblər. 2024-cü ildə Heyli oğlunu dünyaya gətirib.
