Amerikalı aktrisa Dakota Conson və keçmiş sevgilisi Meqan Foks olan Kolson Beyker (Machine Gun Kelly) münasibətlərini təsdiqləyiblər.
Dergi.az xəbər verir ki, cütlük Los-Ancelesdə gecə saatlarında Kolson Beykerin studiyasından çıxarkən paparassilər tərəfindən görüntülənib. Şəkildə 36 yaşlı Kolson Beyker aktrisanın əlindən tutaraq ona pilləkənlərdən enməyə kömək edir, Dakota Conson isə gülümsəyərək ona baxır.
Onların münasibətləri haqqında şayiələr son iki ayda dolaşırdı, lakin ulduzlar bu barədə heç bir açıqlama verməyiblər. Dakota Conson və Kolson Beyker Teilor Svift və Trevis Kelsinin toyunda yaxınlaşıblar. Daha sonra onları tez-tez birlikdə görüşlərdə və məclislərdə görməyə başladılar.
Yay sonlarında Dakota Consonun 29 yaşlı musiqiçi Role Model (əsl adı Takker Pillsberi) ilə ayrıldığı məlum olub. Onlar təxminən bir il birlikdə olublar. Kolson Beyker isə Meqan Foks ilə 2020-ci ildə münasibətə başlayıb və iki il sonra nişanlanıblar. Cütlük dəfələrlə ayrılıb barışıblar və 2024-cü ilin sonunda ayrılıblar.
