Amerikalı aktrisa Dakota Conson Los-Ancelesdə Machine Gun Kelly ilə birlikdə görüntülənib.

Dergi.az xəbər verir ki, Conson Machine Gun Kelly-nin studiyadakı səsyazma sessiyasından sonra onu gözləyərkən müşahidə edilib və daha sonra ikisi birlikdə “Maserati” avtomobilində oradan ayrılıblar.

Bildirilir ki, ertəsi gün səhər də Machine Gun Kelly-nin avtomobili Dakotanın evinin qarşısında olub.

Xatırladaq ki, Machine Gun Kelly əvvəlcə aktrisa Meqan Foks ilə münasibətdə olub və Dakota Conson ilə əlaqələri haqqında iddialar müğənni Teylor Sviftin toyunda yayılmışdı.