Dakota Consonun gözəllik sirləri ilə bağlı məlumatlar ortaya çıxıb. Aktrisa öz gözəlliyini qorumaq üçün əsasən yuxuya güvənir. Dergi.az xəbər verir ki, Dakota gündəlik iş qrafiki imkan verərsə, 10-14 saat yuxuda qalmaqdan çəkinmir. Bu, onun gənc və təravətli görünməsinin əsas səbəblərindən biridir.
Yuxu zamanı orqanizmdə somatotropin hormonunun istehsalı artır ki, bu da hüceyrələrin yenilənməsinə, təbii kollagen sintezinin artmasına və dəri baryerinin bərpasına kömək edir. Həmçinin, uzun və dərin yuxu zamanı stres hormonu olan kortizolun səviyyəsi azalır ki, bu da kollagen liflərinin məhv olmasına və erkən yaşlanmaya səbəb ola bilər.
Əlbəttə, hər gün 14 saat yatmaq işləyən insanlar üçün mümkün deyil, lakin Dakota Consonun bu taktikasını həftə sonları daha çox yatmaq və yatmaq üçün gecəni yarımçıq keçirməmək kimi adaptasiya etmək olar.
