Amerikalı supermodel Kendall Cenner və aktrisa Dakota Conson Kaliforniyada birlikdə axşam yeməyində görüntüləniblər.
Dergi.az xəbər verir ki, 30 yaşlı supermodel və 37 yaşlı aktrisa Şerman-Ouks şəhərində yerləşən “Anajak” Tayland restoranından çıxarkən paparazzilərin obyektivinə düşüblər.
Görüş zamanı hər iki məşhurun sadə, lakin zərif geyim tərzi diqqət çəkib.
Onların bu görüşü sosial mediada geniş müzakirələrə səbəb olub.
