Türkiyəli musiqiçi Murat Evgin mərhum sənətçi Nev haqqında açıqlama verib.
Dergi.az xəbər verir ki, Evgin Nev-in vəfatından sonra Barış Mançonun həyat yoldaşı Lale Mançonun keçmişdəki sözlərini xatırladıb. O, “Barış bu qədər çox sevildiyini kaş ki görsəydi” ifadəsini xatırladaraq Nev haqqında sosial mediada çoxlu videoların paylaşıldığını bildirib. “Kaş ki yaşarkən bu dəyəri görsəydi” deyə vurğulayıb.
Məşhur musiqiçi müasir musiqi sektorunun dəyər ölçülərinə və populyar mədəniyyət yanaşmasına da etirazını ifadə edib. Onun əsas narazılığı bu bazar anlayışına qarşı olub.
