Türkiyəli müğənni İsmail YK son açılış konsertində səhnəyə çıxıb və sosial mediada paylaşılan görüntüləri ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, 2000-ci illərin məşhur hitləri ilə tanınan İsmail YK-nın son performansı izləyiciləri keçmişə qaytarıb. Sosial mediada yayılan görüntülərdə müğənninin yaşına dair yanlış məlumatlar yer alsa da, əslində 48 yaşında olan İsmail YK-nın səhnədəki enerjisi və gənc görünüşü izləyiciləri heyrətləndirib.

Sponsor panoları ilə əhatə olunmuş səhnədə uzun dalğalı saçları, qısa saqqalı və ikonik parmaksız əlcəkləri ilə diqqət çəkən İsmail YK, izləyicilərə coşqulu bir performans təqdim edib. Bu görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

İsmail YK-nın bu çıxışı, onun illərə meydan oxuyan enerjisini bir daha sübut edib.