Türkiyəli aktrisa Hazal Subaşı və müğənni Oğuzhan Koçun evlilik planları barədə açıqlamaları maraq doğurub.
Dergi.az xəbər verir ki, Hazal Subaşı iştirak etdiyi bir proqramda evlilik planlarına dair suallara cavab verib. Aktrisa bildirib ki, hazırda hər iki tərəfin işləri çox intensivdir və bu səbəbdən evlilik məsələsi təxirə salınıb.
Subaşı, gələcəkdə münasibətlərinin daha da möhkəmlənəcəyinə ümid etdiyini vurğulayıb.
Oğuzhan Koçla Hazal Subaşı 2024-cü ildən bəri birlikdədir və onların xoşbəxt münasibətləri davam edir.
