Türkiyəli pop müğənnisi Derya Uluğ İzmir Kültür Yolu Festivalində Gündoğdu Meydanında konsert verib.

Dergi.az xəbər verir ki, konsertdə minlərlə musiqisevər iştirak edib və Derya Uluğun populyar mahnılarına birlikdə qoşulublar. “Canavar”, “Hani” və “Hadi Çal” kimi hitləri səsləndirən müğənni gecə boyunca geniş repertuarı ilə dinləyiciləri salamlayıb.

Bu konsert festivalın ən izdihamlı və tempolu axşamlarından biri olub. Gündoğdu Meydanı festivalın ən yaddaqalan gecələrindən birinə şahidlik edib.

İzmir Kültür Yolu Festivalı yalnız konsertlərlə məhdudlaşmır. Tədbirlər şəhərin tarixi və mədəni məkanlarında sərgilər, teatr tamaşaları, atelye işləri və müzakirələrlə davam edir.