Rusiyalı teleaparıcı Tina Kandelaki həyat yoldaşı ilə birlikdə məbəddə çəkilmiş foto paylaşıb.

Dergi.az xəbər verir ki, cütlük Nijni Novqorodda yerləşən müqəddəs Nina məbədini ziyarət edərək, orada keçirilən dua mərasimində iştirak edib. Mərasimdə Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin də iştirak edib.

Nikitin öz teleqram kanalında bildirib ki, 50 yaşlı Kandelaki məbədin tikintisinə töhfə verib və bu məbəd yerli gürcü icmasının mənəvi mərkəzi hesab olunur. Görüşdə yerli mitropolit Kandelakiyə Müqəddəs Olqa III dərəcəli ordenini təqdim edib.

Kandelaki və “Rostex” dövlət korporasiyasının top-meneceri Vasili Brovko 2015-ci ildən evlidir və onların üç yaşlı oğlu Georgi var. Teleaparıcının əvvəlki evliliyindən olan 26 yaşlı qızı Melaniya və 25 yaşlı oğlu Leonti də var.