Moskva şəhərində Klim Kozinskinin “Polden” adlı yeni serialının premyerası keçirilib. Serial, Struqatski qardaşlarının “Cırcırama qarışqanın yuvasında” əsəri əsasında çəkilib.
Dergi.az xəbər verir ki, premyerada baş rolların ifaçıları Maksim Matveyev, Yuliya Snigir, Yuriy Kolokolnikov həyat yoldaşı Vilma Kutaviçyute ilə, eləcə də Sofya Sinitsina iştirak ediblər. Qonaqlar arasında Tina Kandelaki, Aqlaya Tarasova və başqaları da olub.
Yuliya Snigir, dizayner Daniil Antsiferovun hazırladığı korsajlı libasda qırmızı xalçada görünüb. Tina Kandelaki dəri ətəkdə, Sofya Sinitsina isə gümüşü dekolteli və yarıqlı libasda premyeraya qatılıb.
Əvvəllər Yuliya Snigir, Aqlaya Tarasova, Aleksandr Qudkov və Pavel Tabakov Moskvada “Yardım günü” adlı xeyriyyə festivalında iştirak ediblər.
