Rusiyalı aktrisa Sofya Sinitsina keçmiş sevgilisi Pavel Tabakovdan olan qızı Miyanın fotosunu sosial mediada paylaşıb.
Dergi.az xəbər verir ki, Sinitsina qızının fotosunu paylaşaraq “Səni sevirəm” sözlərini yazıb. Miyanı Tabakovun anası Marina Zudinanın “kopiyası” adlandırıb.
Miya Tabakova, Pavel Tabakov və Sofya Sinitsinanın qızıdır. O, məşhur aktyor Oleg Tabakov və Rusiya xalq artisti Marina Zudinanın nəvəsidir. Miya 2020-ci ildə dünyaya gəlib. Valideynləri 2017-ci ildə münasibətlərə başlamış, lakin 2020-ci ildə ayrılmışdılar.
Sofya Sinitsina, Tabakov ilə münasibətindən sonra bir sıra məşhurlarla əlaqələndirilmişdi. Bunlar arasında Konstantin Boqomolov, Fyodor Bondarçuk, Leonid Blavatnik və Rezo Gigineişvili də var.
Bu ilin oktyabr ayında Pavel Tabakov və PR agenti Kseniya Ermolenkonun evləndiyi bildirilib. Onlar 2020-ci ildə “Kinotavr” festivalında tanış olublar.
