Rusiyalı aktyor Pavel Tabakovun toy mərasimi baş tutub. Mərasimdə aktrisa Anna Çipovskaya gəlin buketini tutub.
Dergi.az xəbər verir ki, tədbirdə iştirak edən digər məşhur, aktrisa Sofya Siniçina cütlüyü təbrik edərək, onlara uşaq arzulayıb. O, sosial media hesabında “Sevimlilərimi təbrik edirəm! Uşaqlar gözləyirik!” sözlərini yazıb.
Sofya Siniçina ilə Pavel Tabakov 2017-2020-ci illərdə münasibətdə olublar və bu müddətdə onların Mia adında qızı dünyaya gəlib. Cütlük ayrılmalarına baxmayaraq, uşaq üçün normal münasibətləri qoruyub saxlayıb.
Bu münasibət zamanı Siniçinanın hamiləliyi xəbəri mətbuatdan gizli saxlanılıb və yalnız Marina Zudinanın nənə olduğunu elan etməsi ilə məlum olub.
