Rusiyalı aktrisa Marina Zudina mərhum həyat yoldaşı Oleg Tabakovdan olan övladları Pavel və Mariya Tabakova ilə birlikdə “Xudojestvennıy” kinoteatrında “Baden Yay” filminin premyerasına qatılıb.

Dergi.az xəbər verir ki, Zudina və övladları qırmızı xalçada birlikdə poz veriblər. Aktrisa və onun 20 yaşlı qızı 31 yaşlı Pavel Tabakovun filmində rol aldığı üçün onu dəstəkləməyə gəliblər.

Yaxınlarda Pavel Tabakov altı illik münasibətdən sonra 37 yaşlı sevgilisi Kseniya Yermolenko ilə evlənib. Toy mərasimində Anya Çipovskaya, Mariya Minogarova, Dmitri və Kristina Vikulinlər, stilist Mixail Baryşnikov, rejissor Roman Prigunov və digər qonaqlar iştirak ediblər.

Marina Zudina və tanınmış rus aktyoru və rejissoru Oleg Tabakov 30 ildən çox birlikdə olublar. Onlar Zudina GİTİS tələbəsi olarkən tanış olublar və Tabakov artıq evli müəllim idi. Cütlük 1995-ci ildə evlənib, həmin il Pavel, 2006-cı ildə isə Mariya dünyaya gəlib. Oleg Tabakov 2018-ci ildə 82 yaşında vəfat edib.