Türkiyəli aktrisa Şebnem Dönmez Tarabya sahilindəki bir marketdə meyvə seçərkən obyektivlərə tuş gəlib.
Dergi.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran aktrisa, “Buralarda rahat gəzməyi sevirəm. Oturduğum məhəlləni, insanlarını da sevirəm. Belə rahat-rahat buradan gəlib alış-verişimi də edə bilirəm. Hər kəsi də tanıyıram buralarda. Həftədə bir neçə gün çıxıb yürüyüş edirəm, sahil havası yaxşı gəlir” deyib.
Layihələrində seçici olduğunu bildirən Şebnem Dönmez, “Mən işim olanda danışmağı sevirəm. Seçərkən bir az seçici davranıram, o səbəbdən hər işə atılmağı doğru hesab etmirəm. Layihəm olarsa daha ətraflı danışarıq qarşılaşanda” ifadələrini işlədib.
