Türkiyəli aktyor anası Canan İvenin xərçənglə mübarizəsindən danışıb.
Dergi.az xəbər verir ki, aktyor anasının xəstəliyinin ilk illərində bu vəziyyəti qəbul edə bilmədiyini bildirib. Ancaq illər keçdikcə onun üçün nə qədər çətin olduğunu anlayıb və ona haqq verib.
Aktyor anasının xəstəliklə mübarizə apardığı üçün bəzən mənəvi olaraq zəif ola biləcəyini qeyd edib. O, əvvəllər anasına “Ayağa qalx, sən güclüsən” deyə qəzəbləndiyini, lakin indi anasının hər zaman güclü olmaq məcburiyyətində olmadığını anladığını vurğulayıb.
