Amerikalı aktrisa Natalie Portman “Leon: Sevginin Gücü” filmindəki rolu ilə bağlı uşaqlıqda cinsəl obyektə çevrildiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Harper’s Bazaar jurnalına danışan Portman, bu rolun onun üzərində qalıcı təsirlər buraxdığını bildirib. Aktrisa, bu təsirlərdən qurtulmaq üçün çox çalışdığını vurğulayıb.

Portman, “Leon” filmindən sonra “Böyük Hesaplaşma”, “Beautiful Girls” kimi filmlərdə də rol alıb. O, karyerasında uğurlu olsa da, Hollywoodun təzyiqlərini hiss etdiyini qeyd edib.

Portman, “Siyah Kuğu” filmindəki rolunun da onun ciddi və mükəmməliyyətçi imicini gücləndirdiyini, lakin əslində çox şən və ətrafını güldürməyi sevən biri olduğunu bildirib.

2024-cü ildə Benjamin Millepied ilə 11 illik evliliyini bitirən Portman, DJ Tanguy Destable ilə münasibətindən üçüncü övladını dünyaya gətirib.