Amerikalı aktrisa Natali Portman bir neçə ay əvvəl üçüncü övladını dünyaya gətirib və 40 yaşdan sonra ana olmaq təcrübəsini bölüşüb.

Dergi.az xəbər verir ki, Portman Harper’s Bazaar jurnalına müsahibəsində “Bu sehrli kiçik insanı görəndə təəccüb və sevinc hissi məni bürüyür. Övladımın doğulması böyük uşaqlarıma da yeni baxış bucağı ilə baxmağa məcbur etdi: onlar da bir zamanlar belə kiçik idilər, indi isə hər biri özünəməxsus xarakter, yumor hissi və fikirlərə malik möhtəşəm şəxsiyyətlərə çevriliblər” deyə bildirib.

Xatırladaq ki, 2024-cü ildə Portmanın xoreoqraf Benjamen Milpye ilə 12 illik evlilikdən sonra ayrıldığı məlum olub. Bu münasibətlərdən aktrisanın iki övladı var: 2011-ci ildə oğlu Alef və 2017-ci ildə qızı Amaliya. Cütlüyün ayrılmasına səbəb isə aktrisanın həyat yoldaşının xəyanəti olub.

Boşandıqdan sonra “Leon”, “Qara qu quşu”, “Ulduz müharibələri”, “May dekabr” kimi filmlərlə tanınan aktrisa, fransız musiqi prodüseri Tangi Desteble ilə görüşməyə başlayıb. Bu ilin avqust ayında cütlüyün övladı dünyaya gəlib. Valideynlər hələlik körpənin cinsini və adını açıqlamayıblar.