Braziliyalı supermodel Jizel Bündhen “Victoria’s Secret” mələyi Candice Sveynpolu dəstəkləyib. Sveynpol, Bündhenin keçmiş əri Tom Bredi ilə münasibətdə olduğu üçün yaxın dostları İrina Şeyk və Coan Smolls ilə mübahisə edib.

Dergi.az xəbər verir ki, TMZ-yə əsasən, 46 yaşlı Jizel Bündhen Candice Sveynpolun Tom Bredi ilə münasibətini “qadın kodeksinin” pozulması kimi görmür. Bündhen və Sveynpol uzun illər “Victoria’s Secret” üçün birgə çalışıblar, lakin heç vaxt yaxın dost olmayıblar.

“Tom uşaqlarının atasıdır və ona ən yaxşısını arzulayır. Onun kiminlə görüşdüyü Bündheni maraqlandırmır. O, həyatından məmnundur və xoşbəxtdir”, – Bündhenə yaxın mənbə People-a bildirib.

Bildirilir ki, Candice Sveynpol həqiqətən də Tom Bredi ilə münasibətdədir və cütlük bu ilin iyun ayından bəri birlikdədir. Onlar münasibətlərini gizli saxlayır və adətən Mayami-Deyd dairəsindəki “milyarderlər bunkeri” adlanan İnidian-Krik adasında görüşürlər.

İddialara görə, Tom Bredi ilə olan münasibət Candice Sveynpol ilə İrina Şeyk və Coan Smolls arasında mübahisəyə səbəb olub. Şeyk və Smolls Sveynpolu “xəyanətkar” adlandıraraq ondan instaqramda uzaqlaşıblar.