Türkiyəli aktrisa Serenay Sarıkaya sosial media hesabında idman sonrası yorğun halını paylaşaraq diqqət mərkəzinə düşüb.

Dergi.az xəbər verir ki, Sarıkaya “Necə başladı, necə bitdi” notu ilə idman zalından çəkdiyi əyləncəli fotolarını izləyiciləri ilə bölüşüb. Aktrisanın fit görünüşünü qorumaq üçün etdiyi məşqlər və təbii halları sosial mediada böyük maraqla qarşılanıb.

Serenay Sarıkaya, idman zalında çəkdiyi fotolarda məşq əvvəli enerjili və məşq sonrası yorğun halları yan-yana yerləşdirib. Onun bu paylaşımı qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.

Aktrisa, yaxın günlərdə bir məkanda yaşadığı maraqlı bir hadisəni də izləyiciləri ilə paylaşmışdı. Restoranda bəzi müştərilərin onunla tanış olmaq istədiklərini bildirən bir notu masasına göndərməsi aktrisanın geniş maraq gördüyünü bir daha sübut edib.