Türkiyəli aktrisalar Serenay Sarıkaya və Pınar Deniz Paris Moda Həftəsində podiuma çıxaraq diqqət çəkiblər.

Dergi.az xəbər verir ki, Serenay Sarıkaya L’Oréal Paris-in təşkil etdiyi Le Défilé tədbirində Eyfel qülləsinin qarşısında podiuma çıxıb. O, qızılı tonlarda parıltılı və püsküllü geyimi ilə çıxış edərək kameralar qarşısında poz verib.

Sosial mediada Serenay Sarıkayanın görüntüləri paylaşılarkən, Pınar Deniz-in 2024-cü ildə eyni təşkilatda iştirak etdiyi xatırlanıb. Pınar Deniz, Place de l’Opéra-da keçirilən tədbirdə dünya şöhrətli modellərlə birlikdə podiuma çıxıb.

İki aktrisanın Paris Moda Həftəsindəki çıxışları sosial mediada yan-yana gətirilərək müqayisə edilib. İstifadəçilər onların podiumdakı gedişlərini və stillərini müzakirə ediblər.