Türkiyəli aktrisa Serenay Sarıkaya illər öncəki arzusunu gerçəkləşdirib. O, məşhur müğənni Ajda Pekkan ilə eyni səhnəni paylaşıb.
Dergi.az xəbər verir ki, Netflix Türkiyədəki 10 illik yubileyini xüsusi bir tədbirlə qeyd edib. Tədbirdə Serenay Sarıkaya və Ajda Pekkan “Düşünmə Heç” mahnısını birlikdə ifa ediblər. Bu anlar iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Gecədə Ajda Pekkan ağ libasda səhnəyə çıxaraq sevilən mahnılarını səsləndirib və Serenay Sarıkaya’nı da səhnəyə dəvət edib. İkili, “Sana Neler Edeceğim” mahnısında da qarşılıqlı oynayaraq izləyicilərə enerjili anlar yaşadıblar.
Serenay Sarıkaya’nın illər əvvəl Ajda Pekkan ilə duet etmək istədiyi bilinirdi. Bu arzu, Netflix-in 10 illik tədbirində reallaşıb, və bu anlar sosial mediada da böyük maraq doğurub.
