ABŞ-ın məşhur detektivi Jigsaw John-un həyatını əks etdirən yeni serial hazırlanır.

Dergi.az xəbər verir ki, Britaniyanın müstəqil Golden Possum Productions şirkəti, Jane Howatt-ın “Jigsaw & Jane: Thirteen Years of Murder and Mayhem with Badge Number One” kitabını televiziya üçün uyğunlaşdıracaq.

Jigsaw John, əsl adı ilə John St. John, Los Ancelesin ən böyük detektivlərindən biri olub və o, LAPD-də 50 il çalışıb. Howatt, 1982-ci ildə St. John haqqında kitab yazmaq üçün onunla əlaqə saxlayıb və bu, 13 illik birgə işbirliyinə çevrilib.

Layihə, NBC-nin Jigsaw John serialının 50 illiyinə təsadüf edir və hazırda inkişaf mərhələsindədir.