Müğənni Rəqsanə İsmayılova sənətdən getmək istədiyini açıqlayıb.
Dergi.az xəbər verir ki, bu barədə o, Nail Naiboğlunun “10+” verilişində danışıb.
Müğənni bildirib ki, hələ özünü tam olaraq tapa bilməyib və qarşıda görüləsi çox işi var. O, işlərini bitirdikdən sonra sənətdən uzaqlaşmaq niyyətindədir.
Rəqsanə İsmayılova məqsədinin biznes qurmaq olduğunu və artıq sənətdə çox qalmaq istəmədiyini vurğulayıb.
O, yorulduğunu və yeni bir mərhələyə keçmək istədiyini əlavə edib.
