Türkiyəli müğənni Cemre Keser sevgisini sosial mediada elan edib.
Dergi.az xəbər verir ki, müğənni Fethiyedə çəkilmiş romantik fotolarını paylaşaraq yeni münasibətini təsdiqləyib. Bu paylaşımdan sonra onun keçmiş evlilikləri və münasibətləri ilə bağlı açıqlamaları yenidən gündəmə gəlib.
Cemre Keser daha əvvəl verdiyi bir açıqlamada, “Niyə olmasın? Bilmirəm, təbii ki, belə bir şey olar mı… Bu tamamilə qarşılıqlı enerji ilə əlaqəli bir vəziyyətdir. Əgər o duyğuları hiss etsəm, pərəstişkarım da olsa niyə olmasın?” ifadələrini işlədib.
